Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 May 2020 19:24
Bakı. Samir Əli - Trend:
Son günlərdə yoluxma səviyyəsinin artması rayonlara gediş-gəlişdə qadağanın aradan götürülməsinə şərait yaratmır.
Trend-in məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
Onun sözlərinə görə, hələlik bu qadağa qüvvədə qalmaqdadır: "Koronavirusa yoluxma halları artdığından bu qadağanın götürülməsi riski artırır. Ona görə də, hələ ki, sarı zonadan narıncı zonaya gediş-gəlişə qadağa aradan götürülməyib".