Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Fitneslər nə vaxt açılır?

Fitneslər nə vaxt açılır?

Tarix: 29 May 2020 19:34

"Açıq havada idman yarışlarının keçirilməsi ilə bağlı Operativ Qərargahın tibbi bölməsinə metodik tövsiyələrin hazırlanması ilə bağlı bu günlərdə tapşırıq verildi". 
 
Qol.az xəbər verir ki, bunu “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
 
"Demək olar ki, metodik tövsiyələr artıq hazırlanıb və tamamlanıb. Qərargahın rəhbərliyinə təsdiq üçün təqdim edilib. Təsdiqdən sonra sizlərin diqqətinə çatdırılacaq. Burada bir sıra ölkələrin təcrübəsindən istifadə etmişik. Bizi narahat edən məqam geyinib-soyunma otaqları və duş yerləridir. Buradakı qaydaların necə olacağı metodik tövsiyələrdə əks olunacaq. Fiziki məsafənin gözlənilməsi açıq idman sahələrində ən vacib şərtdir. Qapalı idman müəssələrinin açılması yaxın günlərdə gözlənilmir.  Gələcək günlərdə bu barədə aparılan müzakirələrin nəticəsi bildiriləcək” - deyə o bildirib.
 


Etiketlər:  Fitneslər vaxt açılır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ