Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 May 2020 19:34
Çarpayı fondunun doluluq nisbətinə baxılsa, hələ çarpayı fondu ilə bağlı imkanlarımız var. Amma səhiyyə mütəxəssisələrinin tibb müəssisələrinə arasında paylaşdırılması bizim üçün yükdür.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
Onun sözlərinə görə, koronaviruslu xəstələrin müalicəsi üçün müəyyən edilən xüsusi xəstəxanalarda 5000-dən artıq çaprayı ayrılıb: "İki minə yaxın çarpayı fondu modul tipli xəstəxanalarda olacaq. Bununla da, ümumilikdə 7 mindən çox çarpayı fondu olacaq".