Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 May 2020 21:00
Bakı. Trend:
Türkiyədə son 24 saat ərzində daha 28 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.
Trend-in məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca öz "Twitter" səhifəsində bildirib.
Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 4 489 nəfərə çatıb.
Onun sözlərinə görə, ölkədə 1 141 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 162 120 nəfərə çatıb.
Nazir əlavə edib ki, ölkədə koronavirusdan sağalanların ümumi sayı son sutkada 1 594 nəfər olmaqla 125 963 nəfər təşkil edir.