Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sevgi və pandemiya: Onlayn tanışlıq necə dəyişdi?

Sevgi və pandemiya: Onlayn tanışlıq necə dəyişdi?

Tarix: 30 May 2020 07:04

Pandemiya onlayn tanışlıq prosesinə ciddi şəkildə təsir göstərir. Tanışlıq saytlarından qeydiyyatdan keçən istifadəçilər karantin dövründə daha çox mesaj aldıqlarını və virtual ünsiyyətin artığını bildirirlər. Lakin buna baxmayaraq, Tinder saytının rəhbəri istifadəçilərin tanışlıq xidmətlərinin gəlirlərinə təsir edən premium hesabları almadıqlarınından şikayətlənib.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, özünü təcrid rejimində belə, tanışlıq saytlarına müraciət edənlərin sayı artmaqdadır. Müraciət sayının çoxluğu sözügedən saytlarda da bir sıra yeniliklərə səbəb oldu. Tanışlıq saytlarından bəziləri istifadəçilərə yalnız öz ərazilərində və ya şəhərlərində deyil, bütün dünyada ruh yoldaşlarını axtarmağa imkan yaratdı. Bir neçə sayt isə rəqəmsal tanışlıq üçün tövsiyələr və fikirlər paylaşdılar. Çünki özünü təcrid dönəmində ünsiyyət qurulan şəxslə görüş olduqca problemli idi. Karantin qaydalarının vacibliyini vurğulamaq üçün həmin xidmətlər, evdən çıxmamağı tövsiyə edən saytlarına yeni inteqrasiya edilmiş xəbərdarlıqlar yerləşdirirlər.

Yalnız tətbiqlərin özləri deyil, həm də onlardan istifadə edən insanlar da dəyişdi. Tinder tanışlıq saytının statistikasına görə, hansı bölgədə koronavirusa daha çox yoluxma qeydə alınıbsa, o ərazilərdə ünsiyyət daha uzun olub. Mart ayının ortalarından etibarən gündəlik mesajların sayı ABŞ-da 10-15%, COVID-19 pandemiyasının ən çox yayıldığı İtaliya və İspaniyada 25% artıb.

Digər onlayn tanışlıq xidmətlərində də oxşar artım görünür.

İstifadəçi sayı artır. Ünsiyyətin həcmi 15%, mesajların sayı 10% artıb.


Etiketlər:  Sevgi pandemiya Onlayn tanışlıq necə dəyişdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ