Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Lerikdəki Büzeyir qalası qədim insan məskənidir

Lerikdəki Büzeyir qalası qədim insan məskənidir

Tarix: 30 May 2020 08:22

Büzeyir Lerik rayonunun yaşayış məntəqələrindən biri olub, Piran ərazisində yerləşir. Yerli sakinlər kəndi talış dilində "Bızəy" adlandırırlar.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, qədim tarixə malik Büzeyir yaşayış məntəqəsi ölkəmizin ilk insan məskənlərindən sayılır. 1985-ci ildə arxeoloq Əsədulla Cəfərov Büzeyir mağarasını aşkarlayandan sonra məlum olub ki, ərazidə hələ Paleolit (Qədim Daş) dövründə qədim insanlar yaşayıb.

Tədqiqatçı-tarixçi İldırım Şükürzadə bildirib ki, əgər Talış bölgəsində ilk insanların 10-15 min il əvvəl yaşadıqları söylənilirdisə, Büzeyir mağarası tədqiq ediləndən sonra məlum olub ki, bölgədə ilk insanlar 120 min il əvvəl yaşayıblar: "Büzeyir kəndində mağara (Qədim Daş dövrü), qala, qədim qəbiristanlıq (İlk Dəmir dövrü, e.ə. XI-VIII əsrlər) və XIV-XVI əsrlərə aid yaşayış yeri kimi tarixi-arxeoloji abidələr var. Həmin abidələrdən biri də Büzeyir qalasıdır. Bu qala Büzeyir kəndindən 4 kilometr şimalda, Lüləkəran kəndinin üstündə, dəniz səviyyəsindən 2000 metr yüksəklikdə, "Qələhal" (talış dilində sıldırımda olan qala) adlı sıldırımlı zirvədə yerləşir.

Qaladan Lerik, Lənkəran rayonu, Muğan düzü, Xəzər dənizi və Qızyurdu görünür. Vaxtilə qala müdafiə divarları ilə əhatə olunub. İndi divarların yalnız izləri qalıb.

Qalada daşdan yonulmuş su hovuzu diqqəti cəlb edir. Sıldırım zirvədə yerləşən qalaya qalxmaq olduqca çətindir".


Etiketlər:  Lerikdəki Büzeyir qalası qədim insan məskənidir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ