Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Dabo “Neftçi”dən gedir - Yeni klubunu açıqladı

Dabo “Neftçi”dən gedir - Yeni klubunu açıqladı

Tarix: 30 May 2020 10:56

Kiprin "Apollon" klubu "Neftçi"nin hücumçusu Baqali Dabo ilə razılığa gəlib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə Kiprin kerkida.net saytı məlumat yayıb.

Dabo özü sayta açıqlamasında məlumatı təsdiqləyib. O bidirib ki, danışıqlar uğurla yekunlaşmağa yaxındır:

"Hələ müqavilə bağlamamışam. "Apollon" əla komandadır. Mən hazırda Azərbaycanda futbolun nə zaman bərpa olunacağını gözləyirəm. "Apollon"a keçməyə yaxınam. Mən buna çox şadam. Klubun marağı məni sevindirdi".

Milli.Az


Etiketlər:  Dabo Neftçidən gedir Yeni klubunu açıqladı


RƏYLƏR