Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bundesliqa tarixində yeni gənc bombardir

Bundesliqa tarixində yeni gənc bombardir

Tarix: 30 May 2020 14:12

“Bayer”in yarımmüdafiəçisi Kay Haverts bundesliqanın tarixinə düşüb.

Qol.az Almaniya mətbuatına istinadən xəbər verir ki, dünən “Frayburq”la 29-cu turun matçında (1:0) fərqlənən Kay çempionatdakı özünün ümumən 35-ci qolunu vurub. Bununla da o, 21 yaşa qədər futbolçular arasında bundesliqa tarixinin bombardirləri sırasında liderliyə yüksəlib.

İkinci yerdə “Şalke”nin keçmiş hücumçusu Klaus Fişer (21 yaşda, 34 qol), üçüncü yeri isə “Köln”in sabiq forvardı Diter Müller (32 qol) tutur.

 


Etiketlər:  Bundesliqa tarixində yeni gənc bombardir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ