Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Meydana qələbə üçün çıxacağıq" - Pavel Hapal

Tarix: 10 Iyun 2019 21:16

"Futbolçular sabahkı matçda meydana çıxmağa hazırdılar. Miroslav Stok xəstələnib. Digər oyunçulara yoluxmaması üçün onu Bakıya gətirmədik".

Qol.az-ın məlumatına görə, bu sözləri Slovakiya millisinin baş məşqçisi Pavel Hapal Avro-2020-nin seçmə mərhələsində Azərbaycanla keçirəcəkləri oyundan öncə mətbuat konfransında deyib. 50 yaşlı mütəxəssis bildirib ki, istənilən rəqibə hörmətlə yanaşırlar: "Azərbaycanın oyununa baxmışıq. Yaxşı kollektivdir. Biz meydana qələbə üçün çıxacağıq".

Çexiyalı mütəxəssis sabahkı matçdakı start heyəti açıqlama istəməyib. O, meydanda bəzi dəyişikliklər edə biləcəyini bildirib.

Qeyd edək ki, Azərbaycan - Slovakiya matçı sabah saat 20:00-da  başlayacaq.

 


Etiketlər:  Meydana qələbə üçün çıxacağıq Pavel Hapal


RƏYLƏR