Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Iyun 2019 21:40
"Əsas qələbə qazanmaqdır. Hesabın fərqi yoxdur. Bunu qol buraxmadan edə bilsək, daha yaxşı olar".
Qol.az-ın məlumatına görə, bu sözləri Slovakiya millisinin kapitanı Marek Hamşik Avro-2020-nin seçmə mərhələsində Azərbaycanla keçirəcəkləri oyundan öncə mətbuat konfransında deyib.
31 yaşlı yarımmüdafiəçi Bakıda kifayət qədər slovakiyalı azarkeşin olduğunu və onların dəstəyini hiss etdiyini söyləyib: "Azərbaycan - Macarıstan görüşün izləmişik. Macarların da Bakıda kifayət qədər fanatı var idi".
Təcrübəli oyunçu Azərbaycan millisi və ölkə haqqında da danışıb: "Azərbaycan yaxşı ölkədir. Bakı gözəl şəhərdir. Bakı Olimpiya Stadionunda məşq etdik. Beynəlxalq səviyyədə çox oyun keçirmişəm. Rəqib haqqında məlumatım az idi. Nəzərə alsaq ki, onlar qələbə qazanmayıb. Bünün üçün mübarizə aparacaqlar. Biz Bakıya uduzmaq üçün gəlməmişik. Sabah hücum futbolu oynayıb qələbə qazanmaq istəyirik. Ümidvaram ki, uduzmayacağıq. Sabah pressinq göstərib və aqressiv oynamalıyıq. Nəticəni öz xeyrimizə dəyişə biləcəyik. Rəqibin topa sahib olmasının qarşısını almalıyıq. Azərbaycanın yaxşı oyunçuları var".
Qeyd edək ki, Azərbaycan - Slovakiya matçı sabah saat 20:00-da başlayacaq (Report).