Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Real'' növbəti transferin bir addımlığında - Deşam açıqladı

''Real'' növbəti transferin bir addımlığında - Deşam açıqladı

Tarix: 10 Iyun 2019 22:52

Fransa millisinin baş məşqçisi Didye Deşam futbolçusu Ferland Mendinin "Real"a keçməyə yaxın olduğunu təsdiqləyib.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, o, "Lion"un müdafiəçisinin Madrid təmsilçisinə keçmək üzrə olduğunu bildirib: "Mendi iki il əvvəl ikinci liqada oynayırdı. İndi isə "Real"a transfer olunmağın bir addımlığındadır".

Qeyd edək ki, hazırda millinin düşərgəsində olan Mendinin Avro-2020-nin seçmə mərhələsində Andorra matçdan sonra İspaniya klubu ilə müqavilə imzalayacağı gözlənilir.

 


Etiketlər:  Real növbəti transferin addımlığında Deşam açıqladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ