Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Iyun 2019 22:52
Fransa millisinin baş məşqçisi Didye Deşam futbolçusu Ferland Mendinin "Real"a keçməyə yaxın olduğunu təsdiqləyib.
Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, o, "Lion"un müdafiəçisinin Madrid təmsilçisinə keçmək üzrə olduğunu bildirib: "Mendi iki il əvvəl ikinci liqada oynayırdı. İndi isə "Real"a transfer olunmağın bir addımlığındadır".
Qeyd edək ki, hazırda millinin düşərgəsində olan Mendinin Avro-2020-nin seçmə mərhələsində Andorra matçdan sonra İspaniya klubu ilə müqavilə imzalayacağı gözlənilir.