Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Uşaqlara həsr olunan turnir başlayır

Uşaqlara həsr olunan turnir başlayır

Tarix: 31 May 2020 12:58

“Gaming League Azerbaijan” növbəti turniri kiber idman həvəskarlarına təqdim edir.

Azərbaycan Kiber İdman Federasiyası, Azərbaycan Gənclər və İdman Nazirliyi, Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) dəstəyi ilə 1 iyun, Uşaqların Beynəlxalq Müdafiəsi Günündə, “Fortnite” oyunu üzrə yeni turnir keçiriləcək. Duo (ikili komanda) sistemi üzrə keçiriləcək yarışda iştirak üçün artıq 720 nəfər qeydiyyatdan keçib. Turnir uşaqların müdafiəsinə həsr olunmaqla yanaşı, eləcə də iyun ayının gedişatında start götürəcək “Fortnite Milli Liqasına” seçim xarakteri daşıyır.

Mübarizədə ən yaxşı nəticə göstərəcək 5 komanda elit liqaya birbaşa vəsiqəni təmin edəcəklər. Ümumilikdə 32 komandanın çempionluq uğrunda yarışacağı “Fortnite Milli Liqasında”, hər bir cütlük Azərbaycanın fərqli regionu təmsil edəcək. Hadisələrin gedişatını daha yaxından müşahidə etmək üçün “Gaming League Azerbaijan”ın @glahub Instagram və @glahub Facebook səhifələrini izləyin. Kiber idman sevərlər turniri @glahub “Twitch” kanalından canlı izləyə bilərlər.

 


Etiketlər:  Uşaqlara həsr olunan turnir başlayır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ