Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıdan ayıya görə ezam olunan mütəxəssis heyəti Şəkidədir

Bakıdan ayıya görə ezam olunan mütəxəssis heyəti Şəkidədir

Tarix: 31 May 2020 13:15

Bakı. Trend:

Artıq Bakıdan ezam olunan mütəxəssis heyəti Şəkidədir.

Trend-in məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib ki, mütəxəssis heyəti Fövqəladə Hallar Nazirliyinin helikopteri ilə tez bir zamanda hadisə yerinə çatdırılıb.

Mütəxəssislər tərəfindən ayının yatızdırılması üçün iynə vurulub və preparatın tam təsir göstərməsi gözlənilir. Bundan sonra vəhşi heyvanın Altıağac milli parkının nəzdindəki Vəhşi Təbiətin Reabilitasiyası Mərkəzinə göndərilməsi həyata keçiriləcək.

Qeyd edək ki, ayı orada baytar həkim tərəfindən müayinə olunacaq və mərkəzdə reabilitasiya keçdikdən sonra vəhşi təbiətə buraxılacaq.


Etiketlər:  Bakıdan ayıya görə ezam olunan mütəxəssis heyəti Şəkidədir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ