Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda qapalı zallarda məşqlərə icazə verilir - Nazirlik açıqladı

Azərbaycanda qapalı zallarda məşqlərə icazə verilir - Nazirlik açıqladı

Tarix: 31 May 2020 14:32

Azərbaycanda qapalı şəraitdə müxtəlif Olimpiya İdman Komplekslərində məşqlərə icazə verilib.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın 23 may 2020-ci il tarixli növbəti mətbuat konfransında açıq havada idman yarışlarının keçirilməsinin mümkünlüyü vurğulanıb.

Bu açıqlamadan irəli gələrək Gənclər və İdman Nazirliyi bildirir:

"Gənclər və idman nazirliyinin balansında olan Olimpiya İdman Komplekslərinin və digər idman təyinatlı obyektlərin açıq havada yerləşən meydaça və qurğuları əhalinin istifadəsinə verilir.Federasiyalar tərəfindən Gənclər və İdman nazirliyinə edilən sifarişlər nəzərə alınaraq, Nazirlər Kabineti yanında Operativ Qərargahın razılığı əsasında idmançıların yoxlanılması, onların xüsusi karantin qaydalarına əməl etmələri və federasiyalar tərəfindən nazirliyə gündəlik hesabatların verilməsi şərti ilə idman növləri üzrə yığma komandaların qapalı şəraitdə müxtəlif Olimpiya İdman Komplekslərində məşqlərinə icazə verilsin.İdmançıların regionlarda yerləşən Olimpiya İdman komplekslərinə məşqlər üçün ezam olunmaları xüsusi icazə qaydalarına (ezamiyyə icazəsi) əsasən aparılacaq".


Etiketlər:  Azərbaycanda qapalı zallarda məşqlərə icazə verilir Nazirlik açıqladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ