Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

OPEC+ nazirlərinin görüşü daha tez baş tuta bilər

OPEC+ nazirlərinin görüşü daha tez baş tuta bilər

Tarix: 31 May 2020 17:56

OPEC+ ölkələrinin nazirləri iyunun 9-10-na planlaşdırılan görüşün daha əvvəlki tarixə keçirilməsini müzakirə edir.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, nazirlərin görüşü iyunun 4-də keçirilə bilər.

Qeyd olunur ki, tərəflər ötən ay qəbul edilmiş neft hasilatının azaldılması barədə sazişin müddətinin artırılmasını tezləşdirmək üçün bu cür qərar verib.

Əvvəlki cədvələ əsasən, iyunun 4-5-də OPEC+ texniki komitəsinin iclası, iyunun 8-də nazirlər monitorinq komitəsinin, 9-10-da isə OPEC və təşkilata daxil olmayan ölkələrin nazirlərinin görüşü keçirilməli idi.

Xatırladaq ki, OPEC+ ölkələri neft hasilatının təxminən 10 milyon barel/sutka azaldılması barədə razılıq əldə etmişdi.


Etiketlər:  OPEC nazirlərinin görüşü daha baş tuta bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ