Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Iyun 2020 11:04
Bakı. Samir Əli – Trend:
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakı-Sumqayıt yolununda avtomobil axınının qarşısını almaq üçün yeni təklif hazırlayıb.
Bu barədə Trend-ə açıqlamasında agentliyin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib. Onun sözlərinə görə, artıq yeni təklifin layihəsi də hazırlanıb:
“Yeni hazırladığımız təklif Binəqədi rayonun Sulutəpə qəsəbəsi ərazisindəki dairə üzərində yol qovşağının tikintisidir. Bu yol qovşağının tikintisi həmin ərazidə tıxacları aradan qaldırılmasına yardım edə bilər. Əgər təklif qəbul edilərsə, Hökməli, Müşviqabad qəsəbələri və ümumilikdə Şamaxı istiqamətinə gedən və gələn avtomobillər dairənin üzərindəki yol qovşağından keçməklə hərəkət edəcəklər”.
A.Nəcəfli bildirib ki, artıq təkliflə yanaşı yol qovşağının layihəsi də hazırlanıb: “Layihə və smeta sənədləri hazırlanıb aidiyyəti qurumlara təstiq üçün göndərilib. Layihə təstiqlənəndən sonra dərhal tikinti işlərinə başlanacaq”.