Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Iyun 2020 11:56
Subbakalavrların ali məktəbələrə imtahansız qəbulu üçün müraciət bu gündən başlanacaq.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, subbakalavrlar elektron formada müraciət etdikdən sonra DİM tərəfindən sorğu vasitəsilə onlar barədə məlumat əldə ediləcək:
"Subbakalavrlar adi abituriyent kimi də ərizə verə bilərlər. Bu zaman onlar müsabiqədə iştirak üçün minimal bal toplamalıdırlar".