Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ziraat Bankdan Ölkədaxili Köçürmələrə 50% Endirim!

Ziraat Bankdan Ölkədaxili Köçürmələrə 50% Endirim!

Tarix: 1 Iyun 2020 13:16

Bakı. Trend:

“Ziraat Bank Azərbaycan” ASC, pandemiya dövründə nağdsız ödəniş xidmətlərinin stimullaşdırılması və iqtisadi subyektlərin bu xidmətlər üzrə xərclərinin azaldılması məqsədilə AZİPS və XÖHKS sistemləri üzrə bütün müştərilərə (fiziki və hüquqi şəxslər) göstərilən ödəniş xidmətləri üzrə tarifləri 30.09.2020-ci il tarixinədək 50% endirmişdir.

Korporativ və pərakəndə bankçılıq sahəsində məhsullar və xidmətlər təklif edən "Ziraat Bank Azərbaycan" ASC-nin ölkə ərazisində Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən 4 filialı mövcuddur və cari il ərzində filialların sayını 2 dəfəyə yaxın artırılması planlaşdırılır. Bank məhsulları və xidmətləri haqqında ətraflı məlumatı *9229 Məlumat Mərkəzinə zəng edərək, www.ziraatbank.az saytından və ya bankın sosial şəbəkələrdəki rəsmi səhifələrindən əldə edə bilərsiniz.


Etiketlər:  Ziraat Bankdan Ölkədaxili Köçürmələrə Endirim


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ