Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Google” yeni əməliyyat sisteminin təqdimatını təxirə salıb

“Google” yeni əməliyyat sisteminin təqdimatını təxirə salıb

Tarix: 1 Iyun 2020 16:56

Bakı. Trend:

“Google” şirkəti smartfonlar üçün yeni əməliyyat sisteminin təqdimatını təxirə salıb.

Trend-in məlumatına görə, “Android 11” əməliyyat sisteminin təqdimatı iyunun 3-də baş tutmalı idi.

Təxirə salmanın səbəbləri açıqlanmasa da, bu addımın ABŞ-da davam edən etiraz aksiyaları ilə atıldığı ehtimal edilir.

Təqdimat mərasiminin qeyri-müəyyən müddətə təxirə salındığı deyilir.


Etiketlər:  Google yeni əməliyyat sisteminin təqdimatını təxirə salıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ