Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Iyun 2020 17:28
“Barselona”nın müdafiəçisi Nelson Semedo "Mançester Siti"yə keçməyə razılıq verib.
Qol.az xəbər verir ki, bu barədə İspaniyanın Sport.es nəşri məlumat yayıb. Klubların Portuqaliya millisinin üzvü üçün danışıqları yekunlaşdırmaq üzrə olduğu bildirilib.
“Şəhərlilər”in bu keçid qarşılığında müdafiəçi Joao Kanselonu Kataloniya klubuna vermək istədiyi, ancaq "Barselona"nın oyunçu dəyişikliyində maraqlı olmadığı və Semedonun satışından 40 milyon avro gəlir qazanmaq niyyətində olduğu qeyd olunub.
Qeyd edək ki, Nelson Semedo “Barselona”ya 2017-ci ildə 30 milyon avroya “Benfika”dan keçib.