Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Iyun 2020 18:46
"Forbes" jurnalı 2020-ci ildə dünyanın ən çox qazanan idmançılarının siyahısını təqdim edib.
Sonxeber.net goal.az-a istinadən xəbər verir ki,siyahıya qarışıq əlbəyaxa döyüş növləri ilə məşğul olan idmançılardan yalnız Konor Makqreqor top-100-ə düşüb.
O, son 12 ayda 48 milyon avro gəlir əldə edib. Bu məbləğin 32 milyonu döyüşlərdən qazanılan, qalanı reklamdan gələn puldu.
Maraqlıdı ki, irlandiyalı UFC döyüşçüsü geridə qalan 1 il ərzində yalnız 1 dəfə oktaqona çıxıb. Konor yanvar ayında Donald Serroneni nokautla yenib.
Qeyd edək ki, Makqreqorun öz biznesi var. Dəlisov idmançı viski istehsalı ilə məşğul olur.