Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ismayıllıda itkin düşən şəxsin axtarışları başa çatıb (ƏLAVƏ OLUNUB)

Ismayıllıda itkin düşən şəxsin axtarışları başa çatıb (ƏLAVƏ OLUNUB)

Tarix: 2 Iyun 2020 06:51

Bakı. Trend:

İsmayıllı rayonunun Tircan kəndi ərazisində itkin düşən Süleymanov Orxan Oruc oğlunun axtarışları başa çatıb.

Fövqəladə Hallar Nazirliyinindən Trend-ə verilən məlumata görə, O.Süleymanov nazirliyin xilasediciləri tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

ХХХ

05:28

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə 01 iyun 2020-ci il tarixində axşam saatlarında İsmayıllı rayonunun Tircan kəndi ərazisində itkin düşmüş 2004-cü il təvəllüdlü Süleymanov Orxan Oruc oğlunun axtarışlarının aparılması üçün müraciət daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, müvafiq xilasetmə və digər aidiyyəti dövlət qurumları dərhal hadisə barədə məlumatlandırılıb.

Nazirliyin Mülki müdafiə qoşunlarının və Şimal-qərb Regional Mərkəzinin şəxsi heyəti O.Süleymanovun axtarışlarına cəlb olunub.

Əlavə məlumat veriləcək.


Etiketlər:  Ismayıllıda itkin düşən şəxsin axtarışları başa çatıb ƏLAVƏ OLUNUB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ