Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Iyun 2020 08:12
Morgan Creek Capital-ın icraçı direktoru və bitcoin tərəfdarı olan Mark Yusko "Russian Today" kanalına müsahibəsində koronavirus epidemiyasının dünya iqtisadiyyatına təsiri barədə müsahibə verib. Mark Yusko: "Hazırda dünya iqtisadiyyatının əsas problemi COVID-19 virusu deyil. Bu virusdan daha təhlükəli viruslar var. Dövlətlər və iri maliyyə təşkilatları koronavirusla minimal zərərlə mübarizə aparmaq və qlobal iqtisadiyyatı dəstəkləmək üçün böyük təşviq tədbirləri görürlər. Biz bir dönüş nöqtəsindəyik. Hazırda dolları tualet kağızına çevirmişik və əslində deyirik ki, nə qədər pul çap edəcəyimizin heç bir əhəmiyyəti yoxdur."