Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Iyun 2020 10:30
Bu, qətiyyən zarafat olunası bir şey deyil. Təəssüflə qeyd edim ki, yenə də belə deyən insanlar var ki, "Koronavirus yoxdur. Yalan söhbətdir. Kiminsə uydurmasıdır".
Sonxeber.net xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Nabil Seyidov "ATV Qərargah" proqramında deyib.
O, koronavirusun olduğuna inanmayanları psixi xəstə adlandırıb:
"İnanmayan o insanları yaxşı olar ki, psixiatr, psixoloq əlavə olaraq yoxlasın. Çünki mümkünsüzdür. İnsanlar başa düşməlidirlər ki, hər bir insanın sağlamlığı, yaşaması təhdid altındadır. Ona görə də qəbul edilən qaydalara hamı çox ciddi riayət etməldir".
Təhməz Təkin