Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yerə daha bir asteroid yaxınlaşır

Yerə daha bir asteroid yaxınlaşır

Tarix: 2 Iyun 2020 10:40

Bakı. Trend:

İyunun 6-da “potensial təhlükəli” kateqoriyasına aid edilən asteroid Yerin yaxınlığından keçəcək.

Trend-in məlumatına görə, bu barədə NASA-da bildiriblər.

Qeyd olunur ki, 2002 NN4 adı verilən asteroidin diameteri 570 metrə çatır. Asteroid Yerə 5,1 milyon kilometr məsafədə keçəcək. Xatırladaq ki, aprelin 29-da “potensial təhlükəli” hesab olunan asteroid planetin 6 milyon kilometr yaxınlığından keçmişdi.

Ümumilikdə, Yerə təhlükəli yaxınlıqda hərəkət edən 25 minə yaxın asteroid mövcuddur.


Etiketlər:  Yerə daha asteroid yaxınlaşır


RƏYLƏR