Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Iyun 2019 11:24
Bakı. İlhamə İsabalayeva - Trend:
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin pilot olaraq tabeliyinə verilmiş “Yevlax Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs müvafiq maliyyə müdiri üzrə vakant yer elan edir.
Agentlikdən Trend-ə verilən məlumata görə, maraqlanan namizədlər CV-lərini 22 iyun tarixinədək [email protected] e-mail ünvanına göndərə bilərlər.
Namizəd ali təhsilli (İqtisadiyyat, maliyyə, maliyyə və kredit), maliyyə və mühasibat sahələrində 5 ildən az olmayan əmək stajı, minimum 2 il baş mühasib sahəsində əmək stajı olmalı, vergi, əmək və mülki məcəllələri və qüvvədə olan normativ-hüquqi aktları əla bilməlidir. Əməkhaqqı (vergi və digər tutulmalar daxil) 1872 manatdır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin