Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Iyun 2020 14:48
Bakı. Trend:
Avropa İttifaqı (Aİ) xarici ölkələrdə hərbi əməliyyatların maliyyələşdirilməsi üçün “Avropa Sülh Fondu” yaratmaq niyyətindədir.
Trend-in məlumatına görə, bu barədə Aİ-nin xarici siyasət xidmətinin bəyanatında deyilir.
Qeyd olunur ki, fondun həcmi 8 milyard avro məbləğində nəzərdə tutulub. Bu fond vasitəsilə, əsasən Afrika və Aralıq dənizi hövzəsində hərbi əməliyyatların maliyyələşdirilməsi planlaşdırılır.