Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Bu əməkdaşlıq Azərbaycanın və beynəlxalq maliyyə qurumlarının maraqları çərçivəsindədir"

Tarix: 2 Iyun 2020 17:39

"Azərbaycan Prezidenti İlham Əliyevin Asiya İnkişaf Bankının rəhbrliyi ilə apardığı videokonfrans formatındakı müzakirələr Azərbaycanın beynəlxalq kredit maliyyə qurumları ilə əmədaşlıq siyasətinin həm taktiki, həm də starteji olaraq düzgün qurulduğunu bir daha sübut etdi".

Bunu Milli.Az-a açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

O, Prezidentin ifadə etdiyi fikirlərin Azərbaycanın beynəlxalq maliyyə kredit qurumları ilə münasibətlərdə, əməkdaşlıqda bundan sonra da özünün etibarlı və stabil partnyor kimi imicinin qorunub saxlanılmasında və möhkəmlənməsində böyük rol oynayacağını qeyd edib:

"Bu əməkdaşlıq Azərbaycanın və beynəlxalq maliyyə qurumlarının maraqları çərçivəsindədir, böyük nəticələr verir və Azərbaycanın sosial, iqtisadi infrastruktur sahələrini demək olar ki, tamamilə əks etdirir və əhatə edir. Çox maraqlı tezislərdən biri cənab Prezidentin bu müzakirədə Azərbaycanın koronavirusla mübarizədə həyata keçirdiyi tədbirlər, ölkəmizin koronavirusla mübarizə dövründə əldə elədiyi müsbət nəticələr və ölkənin sosial-iqtisadi inkişafı üçün hətta bu ağır günlərdə həyata keçirilən tədbirlərlə bağlıdır. Açıq demək lazımdır ki, bu mövzularda cənab Prezidentin ifadə etdiyi fikirlər Azərbaycanın beynəlxalq maliyyə kredit qurumları ilə münasibətlərdə, əməkdaşlıqda bundan sonra da özünün etibarlı və stabil partnyor kimi imicinin qorunub saxlanılmasında və möhkəmlənməsində böyük rol oynayacaq. Daha dəqiq desək, Prezidentin bu istiqamətdə söylədiyi fikirlər beynəlxalq maliyyə qurumunda Azərbaycanın bundan sonra da sabit, etibarlı bir partnyor kimi qalacağı barədə fikirləri və təsəvvürləri daha da möhkəmləndirdi".

Siyasi ekspert ölkəmizin iqtisadi sahədə, xüsusilə də sosial-iqtisadi dəstəyə ehtiyacı olan həssas təbəqələrə yardım göstərməsi sahəsindəki təcrübəsinin beynəlxalq miqyasda çox əhəmiyyətli qarşılanacağını bildirib:

"Ölkəmizin bu çətin şəraitdə müəyyən inkişaf göstəricilərinin əldə etdiyi barədə deyilənlər olduqca təqdirə layiqdir. Xüsusilə Azərbaycanın çətin şəraitdə pandemiya ilə mübarizədən çox az itki ilə çıxması və lazımi olan nəticələrə nail olması barədə fikirlər beynəlxalq maliyyə qurumunda Azərbaycanla bağlı təsəvvürləri daha da möhkəmləndirir. Ölkəmizin iqtisadi sahədə, xüsusilə də sosial-iqtisadi dəstəyə ehtiyacı olan həssas təbəqələrə yardım göstərməsi sahəsindəki təcrübəsinin beynəlxalq miqyasda çox əhəmiyyətli qarşılanacağını düşünürəm. Qeyd etmək lazımdır ki, ölkəmizdə aztəminatlı insanlara, işini itirənlərə, işsiz qalanlara, hətta qeyri-formal şəraitdə işləməyinə baxmayaraq həssas təbəqələrə ünvanlı yardımların göstərilməsi və bütünlüklə bu yardımların üst-üstə 2 milyard dollardan artıq olması barədə məlumatlar fikirimcə beynəlxalq maliyyə qurumunun xeyli dəərəcədə diqqətini çəkib. Ona görə də bu deyilənlər Azərbaycanda koronavirusa qarşı mübarizə, bu mübarizə dövründə iqtisadi və sosial məsələlərin həyata keçirilməsi üçün atılan addımlar ölkəmizin bu prosesdən özünəməxsus bir sistem və model əsasında irəlilədiyini və bu prosesdən bir model yaradaraq çıxdığını nümayiş etdirir. Bu fikirlərin beynəlxalq maliyyə qurumunun rəhbərliyi ilə müzakirə olunması Azərbaycanın əldə etdiyi təcrübənin həm dünyada tətbiq olunması, həm də başqa ölkələr tərəfindən istifadə olunması istiqamətində yeni perespektivlər açır". 

Təhməz Təkin
Milli.Az


Etiketlər:  Bu əməkdaşlıq Azərbaycanın beynəlxalq maliyyə qurumlarının maraqları çərçivəsindədir


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ