Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Iyun 2020 17:48
Bakı. İlhamə İsabaleva – Trend:
Mövcud şəraitdə təklif edirik ki, məktəblərdə pedaqoji şuralar onlayn keçirilsin.
Trend-in məlumatına görə, bunu Təhsil Nazirliyinin əməkdaşı Anar Mirzəzadə deyib.
Onun sözlərinə görə, pedaqoji şuraları onlayn keçirmək mümkün olmursa, müəllimləri müəyyən qaydalar nəzərə almaqla dəvət edərək pedaqoji şuraları keçirmək olar: “Pedaqoji şuralar ənənəvi formada keçirilsə, onda bu, böyük otaqda keçirilməlidir”.
A.Mirzəzadə əlavə edib ki, avqustun 20-29-da yenidən qiymətləndirmə keçirildikdən sonra pedaqoji şura keçirilməli və şagirdlərin sinifdən sinfə keçirilməsi barədə qərar verilməlidir.