Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Iyun 2020 18:08
"Mövcud şəraitdə məktəblərdə pedaqoji şuraların onlayn keçirilməsi təklidf edilir".
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu Təhsil Nazirliyinin əməkdaşı Anar Mirzəzadə deyib.
Onun sözlərinə görə, pedaqoji şuraları onlayn keçirmək mümkün olmursa, müəllimləri müəyyən qaydalar nəzərə alınmaqla dəvət edərək pedaqoji şuraları keçirmək olar. Pedaqoji şuralar ənənəvi formada nəzərdə tutulsa, onda bu, böyük otaqda keçirilməlidir.
A.Mirzəzadə əlavə edib ki, avqustun 20-29-da yenidən qiymətləndirmə keçirildikdən sonra pedaqoji şura olmalı və şagirdlərin sinifdən-sinfə keçirilməsi barədə qərar verilməlidir.