Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Iyun 2020 18:28
Bakı. Trend:
ABŞ-ın Nyu-York şəhərində etiraz aksiyaları zamanı bir qrup şəxs “Rolex” mağazasından 2,4 milyon dollar məbləğində saat oğurlayıb.
Trend-in məlumatına görə, bu barədə şəhər polisi bildirib.
Qeyd olunur ki, şəxslər vitrini sındıraraq saatı götürüblər.
İğtişaşlar zamanı “Bloomingdale’s”, “Chanel”, “Dolce & Gabbana”, “Macy‘s” kimi brendlərin mağazaları da hücuma məruz qalıb.