Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Iyun 2020 21:16
Almaniyanın avtomobil istehsalçısı Volkswagen AG (VW) Çinin 2 elektrikli nəqliyyat vasitəsi istehsalçısına 2,1 milyard avro (2,33 milyard ABŞ dolları) investisiya yatıracaq.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, məşhur avtomobil istehsalçısı Çinin "Anhui Jianghuai Avtomobil Qrup"un dövlət mülkiyyətində olan səhmlərinin 50%-ni almaq və elektrik nəqliyyatı vasitəsinin istehsalı üçün birgə yaradılan müəssisədəki payını 75%-ə çatdırmaq üçün 1 milyard avro sərmayə qoyacaq.
Bununla yanaşı, Volkswagen Çinin elektrikli nəqliyyat vasitələri üçün batareyalar istehsal edən "Guoxuan High-tech Co Ltd" şirkətinin 26,5%-ni satın almaq üçün 1,1 milyard avro investisiya yatıracaq.
Xatırladaq ki, ötən il VW bu ölkədə avtomobil zavodu alaraq Çində zavod sahibi olan ilk xarici avtomobil istehsalçısı olub.