Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Iyun 2020 02:12
Bakı. Trend:
ABŞ-ın paytaxtı Vaşinqton şəhərinin ötən gecə ərzində polislərin qaradərili əhaliyə qarşı əsassız olaraq zorakılıq tətbiq etməsinə qarşı etiraz aksiyalarının 300-dən artıq iştirakçısı hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə mətbuat konfransı zamanı şəhərin polis idarəsinin rəisi Piter Nyuşem deyib.
P.Nyuşem bildirib: "Prosesin sonunda bizdə 300-dən çox həbs oldu".
Onun sözlərinə görə, həbslər əsasən qanun pozuntularının 3 kateqoriyası üzrə həyata keçirilib: komendant saatına riayət edilməməsi (həbslərin əksəriyyəti), həmçinin soyğunçuluqlarda və nizamsızlıqlarda iştirak.