Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Iyun 2020 03:28
Bakı. Trend:
Rusiyanın G7 sammitində iştirakı barədə qərar birliyin bütün ölkələri tərəfindən qəbul edilməlidir.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu Fransa Xarici İşlər Nazirliyinin nümayəndəsi ABŞ prezidenti Donald Trampın Rusiyanı G7 sammitinə dəvət etmək barədə fikirini şərh edərkən deyib.
Nümayəndə bildirib: "Rusiya Federasiyası ilə bağlı qərar 2014-cü ildə G7 tərəfindən qəbul edilib. Hər hansı bir yeni qərar Minsk sazişlərinin icrası fonunda G7 ölkələrinin ortaq razılığı ilə qəbul edilməlidir".
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp G7 sammitinin sentyabr ayında keçiriləcəyini və sammitə Rusiya, Cənubi Koreya, Avstraliya və Hindistanı da dəvət etməyi planlaşdırdığını bəyan edib.