Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Iyun 2020 04:04
Bakı. Trend:
Monteneqro hökuməti yanında Yoluxucu Xəstəliklər üzrə Milli Şura ölkədə yeni növ koronavirus (COVİD-19) epidemiyasının başa çatdığını bəyan edib.
Trend-in "Gazeta.ru" istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Nazirlər Kabinetinin "Twitter" səhifəsində bildirilib.
Məlumata əsasən, Milli Şura Monteneqroda COVİD-19 epidemiyasının başa çatmasının bəyan edilməsi üzrə İctimai Səhiyyə İnstitutunun təklifini təsdiqləyib: "Bu, bütün sistemin və vətəndaşlarımızın uzun aylar davam edən səylərinin nəticəsidir".