Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Roma''da yeni baş məşqçi - rəsmi

''Roma''da yeni baş məşqçi - rəsmi

Tarix: 11 Iyun 2019 12:56

"Roma"nın yeni baş məşqçisi rəsmən müəyyənləşib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Klaudio Ranyerinin istefaya göndərilməsindən sonra bu vəzifəyə "Şaxtyor"un (Ukrayna) çalışdırıcısı Paulo Fonseka təyin edilib. Onunla 2+1 illik müqavilə imzalanıb. 46 yaşlı mütəxəssis yeni klubunda ilinə 2.5 milyon avro qazanacaq.

"Roma"nın Donetsk təmsilçisinə isə 2 milyon avro təzminat ödəyəcəyi bildirilib.

Qeyd edək ki, Fonseka 2016-cı ildən “Şaxtyor”u çalışdırırdı. Donetsk klubu bu müddətdə 3 dəfə Ukrayna çempionluğunu, eyni sayda da ölkə kubokunu qazanıb.

 


Etiketlər:  Romada yeni baş məşqçi rəsmi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ