Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Meylim üzündəki qara xaldadır... - İsmayıllının laləli düzləri - VİDEO - FOTO

Meylim üzündəki qara xaldadır... - İsmayıllının laləli düzləri - VİDEO - FOTO

Tarix: 3 Iyun 2020 07:56

Cəmi bir neçə gün ömrü olan, kövrəkliyini bənövşədən, rəngini qızılgüldən alan al-qırmızı lalələr yoldan keçənləri ayaq saxlamağa vadar edir, sanki insanları ana təbiətin bu gözəlliyindən zövq almağa çağırır. Gözəlliyinə nəğmələr qoşulan, şeirlər söylənən al qırmızı lalələr İsmayıllıda füsunkar mənzərə yaradıb.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Muğanlı-İsmayıllı avtomobil yolunun kənarında, Talıstan kəndinin ətrafında dəmyələrdə əkilmiş sinəsi laləli taxıl sahəsi - bu əsrarəngiz gözəllik görənlərin marağına səbəb olur.

Rayonun dörd bir yanında yamyaşıl çəmənliklərdə boy verən lalələr paytaxt sakinləri ilə bərabər, yerli qonaqların, yaradıcı insanların da diqqətini cəlb etməyi bacarır.


Etiketlər:  Meylim üzündəki qara xaldadır İsmayıllının laləli düzləri VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ