Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Türkiyə və Azərbaycan vətəndaşları üçün 90 günlük viza tələbi aradan qaldırıldı

Türkiyə və Azərbaycan vətəndaşları üçün 90 günlük viza tələbi aradan qaldırıldı

Tarix: 3 Iyun 2020 10:51

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında" Sazişi təsdiq edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə qərar Türkiyənin "Rəsmi qəzeti"ndə dərc edilib.

Sazişə əsasən, 90 günədək müddətə səfər etmək istəyən Türkiyə və Azərbaycanın etibarlı ümumvətəndaş pasportuna malik vətəndaşları üçün viza tələbi ləğv edilir. Bnundan əvvəl isə Azərbaycan və Türkiyə vətəndaşları 30 gün vizasız qala bilirdilər.

Qeyd edək ki, Saziş mayın 31-də Milli Məclisin iclasında təsdiq edilmişdi.

Milli.Az


Etiketlər:  Türkiyə Azərbaycan vətəndaşları üçün 90 günlük viza tələbi aradan qaldırıldı


RƏYLƏR