Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Iyun 2020 13:03
Bakı. Samir Əli - Trend:
Bakıda əcnəbi vətəndaşa qarşı dələduzluq edilib.
Trend-in məlumatına görə, Bakı şəhər sakini Yasin Muxtarov Gürcüstan vətəndaşı Kevişvili Vasildən borc adı ilə Xətai rayonunda yerləşən "Kapitalbank" vasitəsilə 10 min dollar alıb.
Hadisədən uzun müddət keçsə də, Y.Muxtarov borcunu qaytarmaqdan imtina edib.
Faktla bağlı araşdırma aparılır.