Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Şəmkirdə sanitar-karantin qaydalarını pozan çay evi aşkarlanıb - VİDEO - FOTO

Şəmkirdə sanitar-karantin qaydalarını pozan çay evi aşkarlanıb - VİDEO - FOTO

Tarix: 4 Iyun 2020 16:20

Şəmkirdə sanitar-karantin qaydalarını pozan çay evi aşkarlanıb.

DİN-in Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən sanitar-karantin rejim qaydalarının təmin olunması istiqamətində Şəmkirdə rayon Polis Şöbəsinin əməkdaşları tədbirləri davam etdirir.

RPŞ-nin əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı rayonun Aşağı Seyfəli kəndi ərazisində Ricat Qafarovun işlətdiyi çay evində müştərilərin koronavirusa görə qadağan edilən edilmiş qəlyan avadanlıqlarından istifadə etməsi müəyyən edilib.

Bundan başqa çay evinə baxış zamanı müştərilərin sosial məsafə gözləmədiyi, tibbi maskalardan da istifadə etmədikləri də aşkar edilib. Obyektdə olan ümumilikdə 5 nəfər saxlanılaraq RPŞ-yə gətiriliblər. Karantin qaydalarını pozan obyekt sahibi və müştərilər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi protokol tərtib olunub və onlar müvafiq qaydada ciddi cərimə ediliblər.

Milli.Az


Etiketlər:  Şəmkirdə sanitar karantin qaydalarını pozan çay evi aşkarlanıb VİDEO FOTO


RƏYLƏR