Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

DİM tərəfindən verilən qərarla imtahanlar növbəti həftəyə keçirilib

DİM tərəfindən verilən qərarla imtahanlar növbəti həftəyə keçirilib

Tarix: 4 Iyun 2020 17:48

Bakı. Samir Əli - Trend:

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən verilən qərarla imtahanlar növbəti həftəyə keçirilib.

Trend-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva deyib.

Onun sözlərinə görə, TƏBİB mütəxəssisləri imtahanların keçirilməsi ilə bağlı qaydalar hazırlayıb: "Burada fiziki məsafə, maska və bəzi vasitələr qaydalarda qeyd olunub. Məsələn, valideyn və məzunların COVİD testindən keçirilməsi barədə suallar verirlər. Bu proses TƏBİB-də nəzərdə tutulmayıb. Bizdə nəfəs çatışmazlığı simptomları, hərarəti olan və xaricdən gələn şəxslər test olunurlar. Abituriyent və valideynlərin testi nəzərdə tutulmayıb. Valideyn və abituriyentlər səbrli olmalı və müddəti gözləməlidirlər".


Etiketlər:  DİM tərəfindən verilən qərarla imtahanlar növbəti həftəyə keçirilib


RƏYLƏR