Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İyunun 9-da keçirilmiş buraxılış imtahanının II mərhələsinin NƏTİCƏLƏRİ açıqlanıb

İyunun 9-da keçirilmiş buraxılış imtahanının II mərhələsinin NƏTİCƏLƏRİ açıqlanıb

Tarix: 11 Iyun 2019 16:40

Bakı. Trend:

Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 9-da Gəncə, Lənkəran, Naftalan, Şəki, Sumqayıt şəhərlərinin, Abşeron, Ağdam, Ağsu, Astara, Bərdə, Biləsuvar, Daşkəsən, Goranboy, Göygöl, İmişli, Kürdəmir, Oğuz, Qəbələ, Saatlı, Sabirabad, Şabran, Şamaxı, Samux, Tərtər, Xaçmaz, Yevlax və Zərdab rayonlarının ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanının II mərhələsinin nəticələrini elan edib.

DİM-dən Trend-ə verilən məlumata görə, imtahanın nəticələri saat 16:15-dən etibarən DİM-in internet saytında yerləşdirilib.

İmtahanda iştirak etmiş şagirdlər DİM-in internet saytı vasitəsilə nəticələri haqqında məlumatla, habelə cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər. Şagirdlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

İmtahanda iştirakı gözlənilən 40234 şagirddən 788 nəfəri imtahana gəlməyib. 8 nəfər imtahan qaydalarını pozduğu üçün imtahandan xaric edilib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  İyunun keçirilmiş buraxılış imtahanının mərhələsinin NƏTİCƏLƏRİ açıqlanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ