Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Antalyada hoteldə YANĞIN - Turistlər təxliyə olundu

Antalyada hoteldə YANĞIN - Turistlər təxliyə olundu

Tarix: 11 Iyun 2019 17:22

Bakı. Rufiz Hafizoğlu - Trend:

Antalyada hotellərin birində yanğın baş verib. Trend-in məlumatına görə, yanğın Kəmərdəki hoteldə qeydə alınıb.

Məlumata görə, yanğın hotelin SPA mərkəzində başlayıb. Yanğından dərhal sonra hoteldən 100-dən artıq turist təxliyə edilib.

Xəsarət alanın olmadığı bildirilir. Bununla belə əcnəbi turistlərin təşviş keçirdikləri qeyd edilir.

Yanğının hansı səbəbdən baş verməsi dəqiq məlum deyil.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Antalyada hoteldə YANĞIN Turistlər təxliyə olundu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ