Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Iyun 2020 07:39
Bakı. Trend:
ABŞ digər ölkələrə koronavirusla mübarizəyə yardım məqsədi ilə 11 milyard dollar ayırıb.
Trend-in İnterfaks-a istinadən verdiyi məlumata görə, bu barədə ABŞ-ın dövlət katibi Maykl Pompeo bildirib.
"Həm ölkə daxilində, həm də xaricdə bu virusa qarşı mübarizə aparmaq üçün beynəlxalq tədbirlərə dəstək məqsədi ilə 11 milyard dollar ayıraraq bir millət olaraq həqiqətən səfərbər olduq",- M.Pompeo hesabatında deyib.
Məlumata əsasən, ayrılan vəsaitin 180 milyonu ciyərlərin süni havalandırması cihazlarının alınmasına yönəldiləcək.