Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Iyun 2020 11:54
Bakı. Trend:
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) həftəsonu qadağalarına görə alış-veriş edənlərə müraciət edib.
Trend-in məlumatına görə, TƏBİB-in müraciətində deyilir:
- Mümkündürsə, onlayn alış-verişə üstünlük verin.
- Alış-verişə ailənizdən bir nəfər göndərin.
- Pik saatlarda mağazaya getməkdən çəkinin və yaşadığınız yerə yaxın mağazaya getməyə çalışın.
- Xəstəsinizsə, mağazaya getməyin.
- Mağaza daxilində asqırarkən və ya öskürərkən ağzınızı və burnunuzu salfetlə örtün və ya dirsək bükümünüzdən istifadə edin.
- Maska taxın və heç bir halda çıxarmayın, əlinizlə üzünüzə toxunmayın.
- Digərləri ilə fiziki məsafə saxlayın.
- Ödəniş etdiyiniz kartı dezinfektantla təmizləyin.
- Ödənişdən sonra spirt tərkibli dezinfektantla əllərinizi təmizləyin.
- Evə qayıtdıqda əllərinizi mütləq su və sabunla yuyun.