Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Iyun 2020 11:57
Vaxtilə Sürət Hüseynovun əsiri olan şəxslər indi qəhrəman kimi təqdim olunurlar.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu deputat Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında deyib.
S.Novruzov bildirib ki, o zaman hadisələrin qarşısını ala bilməyən AXC-Müsavat cütlüyü indi özlərini demokrat adlandırırlar:
"O zaman Sürət Hüseynov dar ağacları qurmuşdu ki, Əli Kərimlini, İsa Qəmbəri asacaqdı. Bunları ümumnilli lider Heydər Əliyev dar ağacından xilas etdi. O zaman dövlət katibi olan Əli Kərimli iki il qaçıb Kələkidə gizlənmişdi, Heydər Əliyev demokratik dövlət qurandan sonra hərəsi birdərədən çıxıb özlərini demokrat adlandırırlar".