Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Iyun 2020 12:33
Almaniya ATƏT Minsk qrupunun üzvü kimi həmsədrlərin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üzrə səylərini dəstəkləyir.
Sonxeber.net bildirir ki, bunu Almaniya Federal Xarici İşlər Nazirliyindən mənbə Almaniyanın iyulun 1-dən Avropa İttifaqı Şurasına sədrliyi müddətində prioritetləri barədə Trend-in sualını cavablandırarkən deyib.
Mənbənin sözlərinə görə, Almaniya "Şərq tərəfdaşlığı" regionunda həll olunmamış münaqişələrin beynəlxalq hüququn norma və prinsipləri əsasında sülh yolu ilə nizamlanması işinə sadiqdir:
"Almaniya Azərbaycanla münasibətlərə, xüsusilə də "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində, xüsusi əhəmiyyət verir".
O qeyd edib ki, Almaniyanın sədrliyi müddətində Aİ institutları ilə birgə "Şərq tərəfdaşlığı" ölkələri ilə gənclərin əməkdaşlığı, ətraf mühit və biznesin inkişafı sahələrində bir sıra tədbirlər planlaşdırılıb.
Mənbə əlavə edib ki, Almaniya həm də COVID-19 pandemiyasının fəsadlarının aradan qaldırılmasında "Şərq tərəfdaşlığı" ölkələrinə kömək göstərilməsi məsələsinə xüsusi diqqət ayıracaq.