Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Iyun 2019 18:18
Bakı. Sara İsrafilbəyova - Trend:
Ləki-Qəbələ dəmir yolunun tikintisi ilə bağlı torpaq yatağının qurulması işləri ilin sonuna qədər yekunlaşacaq.
Trend-in məlumatına görə, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin Tarif siyasəti və marketinq şöbəsinin rəisi Əli Qasımov deyib.
Şöbə rəisinin sözlərinə görə, sonradan bu ərazidə dəmir yolu relslərinin qurulması isə gələn ilin ortalarına qədər davam edəcək.
Ə.Qasımov bildirib ki, Ləki-Qəbələ dəmir yolu ilə İsveçrənin "Stadler" qatarlarının xəttə buraxılması nəzərdə tutulub.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin