Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Camaat çörək üstdə qırğın salıb, yaxşı ki, dietadayam”

“Camaat çörək üstdə qırğın salıb, yaxşı ki, dietadayam”

Tarix: 5 Iyun 2020 18:45

Koronavirus səbəbilə sərt karantin rejimi tətbiq edilməsi sosial şəbəkələrdə geniş müzakirə olunur.

Milli.Az axşam.az-a istinadən bildirir ki, müzakirə olunan digər məsələ isə insanların marketlərə kütləvi hücumudur. İstifadəçilər insanların növbəsiz və maskasız mağazalara axışmasını tənqid edirlər. Mədəniyyət və şou nümayəndələri də bu müzakirələrdən yan keçmir.

Aktyor Elcan Rəsulovun fikirləri belədir:

"Vay vay! Allah qorusun. Camaat marketlərdə çörək üstündə qırğın salır. İnsanlar 2 gün çörəksiz qalacağından qorxur. Yaxşı ki, dietadayam".

Müğənni Nura Suri:

Hamı burada marketə gedənləri qınayır. Marketə gedənlər kimdir bəs?

Aktyor Vüsal Murtuzəliyev:

"Bir azdan işdən çıxıb evə gedəndə marketdən çay və çörək almalıyam. Fikir məni götürüb ki, ala biləcəm, ya yox? Bax, budur sual! Gözüm dublyaj etdiyim filmin tərcümə olunmuş vərəqlərində və monitorda olsa da, fikrim, düşüncəm marketdədi".

Milli.Az


Etiketlər:  Camaat çörək üstdə qırğın salıb yaxşı ki dietadayam


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ